Aşıq Zülfiyə evləndirdiyi oğlundan danışdı: "Ərli xanımla sevgili idi"

Aşıq Zülfiyyə oktyabrın 2-də ailə qurmuş oğlu Babəkin şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, "Düzünü desək" verilişinə qonaq olan saz ifaçısı bildirib ki, onun oğlu daha əvvəl ailəli bir xanımla sevgi yaşayıb: "Ürəyim partlayırdı. Özümə söz vermişdim ki, bu mövzu barədə danışmayacam. Amma deməliyəm. Çox-çox üzr istəyirəm. Bir dəfə efirdə demişdim ki, "sevgiyə hörmətim var". Həyat yoldaşı, normal ailəsi olan bir qadın oğlumdan elə yapışmışdı ki... O mənə dedi ki, "siz efirdə demişdinizki, sevgiyə hörmətlə yanaşırsınız". Mən də cavab verdim ki, "Oğlum səni sevirsə, getsin"".

Qeyd edək ki, Aşıq Zülfiyyənin oğlu uzaq qohumu olan xanımla ailə həyatı qurub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31