"Həyat yoldaşından boşanan" "Eurovision" təmsilçimizə SÜRPRİZ
3 Dekabr 2014 12:14 MədəniyyətBir müddət öncə həyat yoldaşından boşanması xəbəri yayılan "Eurovision 2012" təmsilçimiz Səbinə Babayevaya sürpriz edilib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, doğum günündə həyat yoldaşı Cavidan Şərifov ona xüsusi hədiyyə verib: "Ad günümü lap kiçik yaşlarımdan çox sevirəm. Dekabrın 2-i qeyri-adi və sevimli ad günü hədiyyəmi aldım. Bu hədiyyə həyat yoldaşımdan oldu. Bütün məni təbrik edən dostlarıma da "çox sağ ol" deyirəm. Var olun, hamınızı sevirəm. Çox xoşbəxtəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31