Hadisə ana olmaq istəyir (FOTO)
"Rəfiqələrimin hamısının uşağı olub, mən isə..."
3 Dekabr 2014 09:20 MədəniyyətTürkiyəli tanınmış müğənni Hadisə "Akşam" qəzetinə maraqlı müsahibə verib.ANS PRESS-in məlumatına görə, Türkiyəli məşhur pop müğənni Hadisə Açıqgöz müsahibəsində şəxsi həyatı və sənət fəaliyyəti ilə bağlı sualları cavablandırıb.Son zamanlar adı eşq dedi-qoduları ilə hallanan müğənni hələ ki, ürəyinin boş olduğunu, kiminləsə sevgi münasibətlərində olmadığını bildirib.O, həyata keçirmək istədiyi xəyallarından, arzularından da danışıb: "Həmişə xəyalımda öz gücümlə albom hazırlamaq, turneyə çıxamaq var idi, onları da bacardım. İndiki xəyalım dünya miqyasında nəsə etməkdir. "Billboard" sıralamasında adımın keçməsi, ya da Qremmi mükafatını alan türk olmaq kimi xəyallarım var."Hadisə Açıqgöz ana olmaq istəyini də gizlətməyib: "Gələcəkdə, bir gün ana olmaq istəyirəm. Ətrafımdakı rəfiqələrimin hamısının uşağı olub. Mən dəli kimi hələ də Hadisə olmağa davam edirəm."Qeyd edək ki, Hadisə 22 oktyabr 1985-ci ildə Belçikada Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olub. Atası əslən ləzgi , anası isə qumuq kökənlidir.