Azərbaycan və Çexiya milli kitabxanaları arasında əlaqələr genişləndirilir
31 Avqust 2012 20:08 MədəniyyətM.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Çexiya Milli Kitabxanası arasında əlaqələr genişləndirilir. Bu barədə Trend Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycan Milli Kitabxanasından bildiriblər ki, sentyabrın 17-dən 27-dək kitabxananın şöbə müdiri Xəyalə İsmayılova və Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu Çexiya Milli Kitabxanasının Şərq fondunda qorunan Azərbaycanla bağlı XVII-XVIII əsrlərə aid təxminən 320 farsdilli qədim əlyazmanın öyrənilməsi və araşdırılması məqsədi ilə Praqa şəhərində olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31