Mətanət İsgəndərli: "Danışmayacam"
2 Dekabr 2014 16:58 MədəniyyətƏməkdar artist Mətanət İsgəndərli "Danışmayacam" mahnısına çəkdirdiyi klipi təqdim edib. Lent.az-ın məlumatına görə, təqdimat mərasiimini açıq elan edən aparıcı Kamran Quliyev musiqi Ruslan Səfəroğlu, sözləri Tağı Sadiqə məxsus olan bəstəyə çəkilmiş klipi mediaya işçiləri ilə bölüşüb.
Daha sonra M. İsgəndərli rejissor Ceyhun Kərimova çəkdirdiyi klipdən danışıb: "Klipi çox bəyəndim. Əslində daha faciəvi sonluq fikirləşmişdik. Amma razı olmadım. Düşündüm ki, daha mülayim sonluq olsun, insanlara dəhşətə salmayaq. Bu klip günümüzlə ayaqlaşır, daha çox tərbiyəvi məna kəsb edir. Klipin seviləcəyini isə yalnız tamaşaçılar biləcək".
Qeyd edək ki, klip bir neçə saat sonra "youtube" yüklənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31