Primadonna Moskvada klip çəkdirir

Xalq artisti, "Şöhrət","Şərəf"ordenli İlhamə Quliyeva iki gündür ki, Moskvadadır. Sənətkarın Moskvaya səfərinin səbəbi onun klip çəkilişləri ilə baglıdır. Qeyd edək ki, İlhamə xanımın çəkdirəcəyi kliplər Moskvanın Ostankino telekanalının dəstəyi ilə reallaşacaq. Ustad sənətkar "OLAYLAR"açıqlamasında bunları deyib: "Ostankino telekanalı tərəfindən aldığım dəvət mənim sənətimə nüfuzlu telekanalın dəyəri kimi qiymətləndirirəm. Kliplər Ostankino telekanalının dəstəyi və müasir avadanlıqları ilə çəkilir. Rusiyanın ən nüfuzlu rejissorları, ssenaristləri, operatorları bu işə cəlb olunub. Kliplərin içərisində bir duet də var, duet ortağımın adını isə klip tam hazır olandan sonra açıqlayacam. Bu bir sənət incisi kimi tamaşaçılara təqdim olunacaq. Klipin həm Moskvada, həm də Vətənimdə təqdimatı keçırıləcək. Mən hər zaman fəaliyyətdəyəm və bundan sonra da avazımın heyranlarını sevindirəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31