Cennifer Lopes harada yaxalandı?
31 Avqust 2012 20:08 MədəniyyətAmerikalı müğənni və aktrisa Cennifer Lopes ABŞ-ın Mayami şəhərində istirahətdədir. Milli.Az TMZ-yə istinadən bildirir ki, əkiz övladları Maks və Eme ilə hovuzda çimən 42 yaşlı ulduzun yanında sevgilisi, 25 yaşlı Kasper Smart da vardı.
Əynində sarı bikini olan Cennifer vaxtının çoxunu hovuzun kənarında, şezlonqda keçirib.Lopes Mayamiyə istirahət etməklə yanaşı, dəbdəbəli malikanəsini satmağa yollanıb. 7 yataq otağı, 11 vanna otağı və nəhəng hovuzu olan, Biskeyn körfəzinin sahilində yerləşən villanın öz limanı da var.
Lopes villanı ən azı 40 milyon dollara satmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31