Mədəniyyət və Turizm Nazirliyində yeni qurum yaradılır
2 Dekabr 2014 13:38 MədəniyyətAzərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə.Qarayevin sözlərinə görə, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: "Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi təbliğ edə bilmirik. Bu işdə KİV nümayəndələri də iştirak etməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31