“Elnurun Azərbaycandan belə getməsi məni ağrıdır”
Elnur Kərimov: “Nə vaxta qədər Bakı restoranlarında 50-100 manata oxuyacaq?”
2 Dekabr 2014 13:12 MədəniyyətAktyor Elnur Kərimov müğənni Elnur Hüseynovun "O səs Türkiyə" yarışmasına qatılması barədə danışıb. O, gənc müğənninin seçiminin düzgün olduğunu deyib. "Buradan getməli idi. Əgər burada dəyər vermirlərsə, dəyər verilən yerə getməliydi. Arxasınca Samir də getsə, yaxşı olar. Çünki ilk dəfə Azərbaycanı "Avroviziya"-da layiqincə təmsil edən bu müğənnilərə dəyər verilmədi. İndi saytların hamısı yazacaq, bütün günü bu barədə danışacaqlar. Telekanallar dəvət etməyə növbəyə dayanacaqlar. Amma burada olanda heç kim idi. Bu mövzu məni ağrıdır. Ən yaxşısı budur. Nə vaxta qədər Bakı restoranlarında 50-100 manata oxuyacaq? İnşallah, Azərbaycanı layiqincə tanıtdırar. İstedad boğulmur, nə olursa olsun üzə çıxır" - deyə E.Kərimov vurğulayıb. ("OLAYLAR" İA)