Ebru Gündəş sevincini Azərbaycan dilində bölüşdü: “Xoş gəldin, Elnur”

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə" yarışmasında uğurlu iştirakı ilə yadda qaldı. "Lutche" mahnısı ilə tamaşaçının rəğbətini qazanan Elnur çıxışının sonunda yarışa davam edəcəyi şəxsin adını da açıqlayıb. O, Türkiyənin populyar müğənnisi Ebru Gündəşi seçib. Gənc müğənninin seçimindən məmnun qalan xanım sənətçi bu barədə öz "İnstaqram" səhifəsində də yazıb. "Beni çox mutlu ettin! Hoş geldin, beraberiz" yazan Ebru daha sonra öz sevincini Azərbaycan dilində də ifadə edib: "Məni çox şad elədin, xoş gəldin, Elnur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31