Elnur Hüseynov “O səs Türkiyə”-nin tarixinə düşdü

“Azərbaycanlı iştirakçı Elnur Hüseynov səsiylə gecəyə damğasını vurdu”

"O səs Türkiyə" yarışmasında iştirak edən Elnur Hüseynov Türkiyə mediasının manşetlərində yer alıb. "Azərbaycanlı iştirakçı Elnur Hüseynov səsiylə gecəyə damğasını vurdu" başlığı ilə manşetlərə çıxarılan müğənni bir gecədə Türkiyənin ən sevimlisinə çevrildi. Türkiyənin ən tanınmış saytları onun barəsində belə yazırlar: "TV-8 telekanlında yayımlanan "O səs Türkiyə"-yə öz damğasını azərbaycanlı Elnur Hüseynov vurdu. Gökhan Özoğuz, Ebru Gündeş, Hadisə, Mazhar Alanson və Özkan Uğurun münsif heyəti olduğu Acun İlicalının proqramında Elnur Hüseynov "Lutche" adlı mahnı ilı çıxış etdi. O, öz çıxışı ilə göz oxşadı. Münsiflərin ayaqüstdə alqışladığı Hüseynov tamaşaçıların və münsiflərin istəyilə bir neçə mahnı səsləndirdi. Tamaşaçının "bir daha" çoşqusu ilə qarşılanan Elnur Sertap Erenerin "Aşk"-ını ifa etdi. Mahnıda səs dəyişmələriylə tamaşaçını və münsifləri ovsunlayan azərbaycanlı "O səs Türkiyə" tarixində görülməmiş yeniliklərə imza atdı. O, yeganə iştirakçıdır ki, tamaşaçı və münsiflər heyəti ondan 4 dəfə oxumasını istədi. Sonda Elnur Hüseynov yarışa Ebru Gündəşlə davam etmək qərarı verdi". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31