Məşhur müğənni sərt danışdı: “Elnuru unutdular”
Anar Məmmədov: “Dahi insanlar yetişdirən, dahi əsərlər ərsəyə gətirən bir məmləkət olmuşuq vaxtı ilə”
2 Dekabr 2014 12:44 MədəniyyətBir çox dostlarım statuslarında vaxtında Elnuru toylara, məclislərə niyə dəvət edilməməsi barədə yazırlar. Buna cavab olaraq demək istəyirəm ki, efirlər Elnuru nə vaxt işıqlandırdı ki, yada da düşsün?" "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə müğənni, "Yeli ulduz" mahnı müsabiqəsinin qalibi Anar Məmmədov öz "Facebook" ünvanında çıxış edib. "Efirdə tez-tez görünməlisən ki, səni məclislərə, toylara dəvət etsinlər. Tənbəl müğənni çox azdır. Demək olar ki, 1% , 2% ola olmaya. Tənbəl müğənni yox, günahkar Kütləvi İnformasiya Vasitələri, günahkar efirlər, günahkar radiolar var. Dostlar, sizdən çox xahiş edirəm ki, süni halda tərəf tutmayaq. Hamımız gözəl bilirik ki, vəziyyət nə yerdədir. Efir, mətbuat 1 gün danışacaq Elnurdan, 2-ci gün yenə televiziyada marallar, can-canalar səslənəcək. Çünki biz seçimimizi etmişik. Çox təəssüf ki, hər şeyin bəsitinə dəyər veririk. Halbuki dahi insanlar yetişdirən, dahi əsərlər ərsəyə gətirən bir məmləkət olmuşuq vaxtı ilə" - deyə A.Məmmədov qeyd edib. ("Olaylar.az")