Ledi Qaqa təəccübləndirməyə davam edir
31 Avqust 2012 20:59 MədəniyyətO, heç zaman qəribə geyim seçiminə, lap ətdən hazırlanan paltarına görə belə utancaqlıq hissi keçirməyib. Ancaq bu həftə Ledi Qaqa artıq özünü aşıb. Cümə axşamı 26 yaşlı müğənni ən qeyri-adi geyimi ilə Stokholm küçələrində peyda olub. O, "Born this way" turu çərçivəsində növbəti konsertini vermək üçün Stokholm Qrand Hoteli tərk edib Eriksson Qloub Arenaya gedərkən bu cür geyimdə görüntülənib. "Alejandro" hitinin ifaçısı bu dəfə çəhrayı kürk geyinmişdi. Yenicə saçlarını rəngləyən Qaqa onları yuxarıdan yığmışdı. Pop-star eksentrik görünüşünü qara qalın platformlu çəkmələrlə tamamlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31