"O səs Türkiyə"də azərbaycanlı qardaşlar - VIDEO

"O səs Türkiyə" yarışmasında Azərbaycandan qatılan iki qardaş duet şəklində çıxış edib.Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Varis və Ceyhun adlı qardaşlar Tarkanın "İnci Tanem" mahnısını səsləndiriblər.Müğənnilər Hadisə, Ebru Gündeş və Gökhan Özoğuzu özlərinə tərəf döndərməyi bacaran həmyerlilərimiz sonda Hadisəni seçiblər.Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31