Şou-biznesin dəbli və dəbsiz nümayəndələri

Qalmaqallı açıqlamaları və qeyr-adi geyimləri ilə seçilən stilist Samiraldo (Samir Əliyev) şou-biznesin ən dəbli və dəbsiz geyinən nümayəndələrindən danışıb. Lent.az-a açıqlama verən stilist bildirib ki, o, kimə zövqsüz deyirsə, həmin adamla düşmən olur: "Şou-biznesdə hansı sənətçiyə zövqsüz deyirsən, dərhal gizli nömrələrdən zənglər gəlməyə başlayır. Amma bunlar bilmirlər ki, mənim işim budur. Elələri var ki, pulları olsa da, zövqləri yoxdur. Yəni pullu olmaq, zövqlü olmaq demək deyil. Zövqlü və zövqsüz geyimləri yalnız stilist müəyyənləşdirə bilər. Bu gün bəzilərinin adlarını açıqlayacam". Onun sözlərinə görə, şou-biznesin ən zövqsüzləri Təranə Qumral və Musa Musayev cütlüyüdür: "Təranə Qumral və Musa Musayev çox zövqsüzdürlər. Məsələn, səhər-səhər efiri açırsan, görürsən ki, Musa ağ kostyumda və göy köynəkdə. Təranə də ağ gəlinlik geyinib. Səhər saat 10-da başa düşə bilmirəm ki, bu nə geyimdir? Bu nə deməkdir? Ümumiyyətlə, onlarda zövq anlayışı yoxdur. Kim Təranə Qumralın adını çəkir, məhkəməlik olur. Mənim bu sözlərimdən sonra Təranə Qumral məni məhkəməyə verəcək? Mən müğənni deyiləm axı. Stilistəm. Onun oxumağına münasibət bildirmirəm, sadəcə geyimini deyirəm ki, zövqsüzdür. Mənim onlarla şəxsi-qərəzim yoxdur. Uzaq başı məhkəməyə verəcək, gedib 15 sutka yatacam. Heç nə olmaz, gedib orada həyatın başqa üzlərini də görərəm". Samiraldo şou-biznesin dəblilərindən də danışıb: "Zövqsüzlərdən danışırıqsa, zövqlüləri də qeyd etməliyik. Məsələn, xanım müğənnilərdən Aygün Kazımova, Röya, Tünzalə Ağayeva, Samira Allahverdi dəblidir. Bəylərdən isə hazırda ən çox geyimini bəyəndiyim Niyam Səlamidir. Faiq Ağayevi də bu siyahıdan silmək olmaz. Çünki bu insan daim özünə fikir verir. Ədalət Şükürov da geyiminə diqqət edir". Stilist bəzi aparıcıların geyimlərinə də münasibət bildirib: "Düşünürəm ki, aparıcı cəmiyyətə nümunə olmalıdır. İndi bir çox aparıcıların geyimi bərbaddır. Efirə müğənninin geyim tərzində çıxırlar. Bilmirsən aparıcıdır, yoxsa müğənni. Aparıcıların içində də zövqsüzləri var. Saçları qaynaqlı, kirpikləri qoyma aparıcılar mənim üçün dəbli ola bilməz. Əksər aparıcıların geyimini bəyənmirəm. Afaq Gəncəli və Kəmalə Piriyevanın geyimi o qədər də yaxşı deyil. Xanım aparıcılardan yalnız Nərgiz Cəlilovanın geyimini bəyənirəm. Bəylərdən ən zövqsüzü Mikayıl Güləddinoğludur. Bu adamda ümumiyyətlə "zövq" sözünün "Z" hərfi yoxdur. Dəbli bəylərdən bir nəfərin adını çəkə bilərəm. Özündən xoşum gəlməsə də, Zaur Baxşəliyev son vaxtlar yaxşı geyinir. Yəni verilişinə uyğun geyimlər seçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31