Aygün qızına qoyduğu qadağadan danışdı

Xalq artisti Aygün Kazımova qızı İlqarə Kazımovaya qoyduğu qadağalardan danışıb. Lent.az-a açıqlama verən A.Kazımova bildirib ki, o, daim qızına nəzarət edir: "Mən də əksər valideynlər kimi övladıma nəzarət edirəm. Qızıma bir çox şeyi qadağa etmişəm. Amma bu elədə sərt qadağalar deyil. Bu "Olmaz"lar sadəcə bir ananın övlada verdiyi öyüd, nəsihətdir. Mən qızımla ilk öncə yaxşı dostam. Qızım indi-indi böyük səhnəyə addımlarını qoyur. Ona nəyin arzuolunmaz olduğunu bir ana kimi deməyi özümə borc bilirəm. Ona nəzarət etməliyəm, çünki hələ gəncdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31