Tarkan Bakıya gəlir?
1 Dekabr 2014 10:20 MədəniyyətTürkiyənin meqastarı Tarkan Yeni ili Bakıda qarşılaya bilər.ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tarkanın ölkəmizdə səhnəyə çıxması üçün təşkilatçılar müğənniyə yüksək məbləğdə qonorar təklif edərək bir-biri ilə yarışa giriblər.Müğənni bu ildə öz ənənəsinə sadiq qalaraq yeni ilin ilk saatlarını səhnədə çalışaraq qeyd edəcək.Hələ heç bir müqavilə imzalamayan Tarkanın ölkədaxilindən başqa, Azərbaycan, Rusiya və Dubayda konsert proqramı ilə çıxış etməsi gözlənilir.Xatırladaq ki, keçən il Yeni il gecəsini Azərbaycan səhnəsində keçirən müğənniyə bir milyon lira (beş yüz min manat) qonarar verilib. Bu il isə təşkilatçılar məbləği bir milyon dollara qədər qaldırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31