Özbəgistan səfirliyində "Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" adlı rəsm sərgisi açılıb
28 Noyabr 2014 17:43 MədəniyyətAzərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunda "Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" adlı rəsm sərgisi açılıb. Sərginin açılışında səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar, institutun professor-müəllim heyəti, tələbələr iştirakı ediblər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31