Nazirlik Samuxda müşavirə keçirib
28 Noyabr 2014 17:40 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və həmin sektorun məsləhətçisi Elçin Hüseynov Samux rayonuna ezam ediblər. Nazirliyin əməkdaşları rayonun mədəniyyət müəssisələrinə baxış keçirib, mövcud vəziyyəti öyrəniblər. Daha sonra müşavirə keçirilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31