Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb
28 Noyabr 2014 16:43 MədəniyyətLüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, fondun və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə açılan büronun məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Lüksemburqda, həmçinin bütün Avropada daha geniş yayılmasıdır. Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə Azərbaycanla bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.