Nizami Gəncəvi Mərkəzinin növbəti toplantısı keçirilib
28 Noyabr 2014 14:57 Mədəniyyətİtaliyanın Florensiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VIII toplantısı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, toplantıda Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, o cümlədən Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen və Serbiyanın eks-prezidenti Boris Tadiç iştirak edib. İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, N.Gəncəvi irsinin araşdırılması, "Xəmsə"nin xarici dillərdə nəşri məsələləri, 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31