Azərbaycan mədəniyyəti Rusiya məktəblərində təbliğ olunur
28 Noyabr 2014 13:32 MədəniyyətAzərbaycan Slavyan Gəncləri Assosiasiyası yeni bir layihə həyata keçirir. Bu barədə "OLAYLAR"-a məlumat verən assosiasiyanın sədri Səbuhi Abbasov deyib ki, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və rəhbərlik etdiyi təşkilatın Rusiya nümayəndəliyinin təşkilatçılığı, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə həyata keçirilən mədəniyyət layihəsi Moskva şəhərinin 2030 saylı orta məktəbində kecrilib. Layihə çərçivəsində şagirdlərə Azərbaycan mədəniyyəti, dövlət atributları, görməli, gəzməli yerləri, coğrafiyası haqqında məlumat verilib, Rusiyada yaşayan azərbaycanlı müəllimə Səbinə Rəhimova şagirdlərə Azərbaycan dilinin zənginliyindən söhbət açıb. Sonda şagirdlərə Azərbaycanın milli mətbəxinin təamları, Rus dilində Azərbaycanı təbliğ edən AMOR İRS VƏ BAKU jurnalları hədiyyə edilib. Layihənin hər ay bir məktəbdə keçirilməsi nəzərdə tutulub.