Diaspor nümayəndələri vali ilə görüşüblər

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi İdarə Heyəti üzvləri Kocaelinin yeni valisi Həsən Bəsri Güzeloğlu ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  valiyə federasiyaya daxil olan təşkilatlar və onların fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Bilal Dündar rəhbərlik etdiyi Mədəniyyət Evində fəaliyyət göstərən Heydər Əliyev Kitabxanası, Soyqırım Muzeyi barədə danışaraq, muzeydəki Dağlıq Qarabağda, Xocalı soyqırımında və Şərqi Anadoluda erməni dəstələri tərəfindən qətlə yetirilən insanların fotoşəkillərini ziyarətə gələn insanların keçirdiyi hissləri də dilə gətirib. Kocaeli valisi Həsən Bəsri Güzeloğlu Xocalıda soyqırıma məruz qalmış, Dağlıq Qarabağda qətlə yetirilmiş insanların heç vaxt unudulmayacağını deyib. Kocaeli valisi qondarma erməni soyqırımı iddialarının yüzüncü ildönümünə də toxunaraq Türkiyənin haqlı olduğunu sübut etmək üçün daha çox işləmək lazım olduğunu deyib. Vali xüsusilə hər iki ölkə gənclərinin yaxın tariximizi çox yaxşı öyrənməsinin vacibliyini qeyd edib. Görüşün sonunda Kocaeli Valisi Həsən Bəsri Güzeloğluna xatirə olaraq Qarabağ xalçasının miniatürü və Mədəniyyət Evinin orqanı olan "Azərbaycanın səsi" jurnalının birinci sayı hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31