Estrada müğənnisindən ibrətamiz addım

Son zamanlar adı qalmaqallarda hallanan gənc müğənni Afaq Aslan yaradıcılığında edəcək növbəti yeniliklə bir çoxlarını təəccübləndirəcək. Estrada ifaçısı muğam dərslərinə başlayıb. "Olaylar"az-a danışan  Afaq xalq artisti Teyyub Aslanovdan muğamın incəliklərinə yiyələnmək istədiyini deyir. "Teyyub müəllim söz verib ki, bir neçə ay səsimin üzərində işləməklə, istədiyim nəticəni ala bilərəm. Mən muğamı çox sevirəm və hər yerdə onu canlı oxumaq istəyirəm. Çoxları mənim sənətimi tənqid atəşinə tutublar. Amma kefimi korlayanlara da təşəkkür borcum var. Çünki mən elə adamların sayəsində daha çox uğur qazanmaq və irəli getmək iddiasına düşdüm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31