Məryəm Üzərlinin ailəsinə itki üz verdi
27 Noyabr 2014 19:25 Mədəniyyət"Möhtəşəm yüz il" serialından Hürrəm Sultan obrazı ilə tanınan almaniyalı aktrisa Məryəm Üzərlinin ailəsinə ağır itki üz verib. Axşam.az-ın məlumatına görə, yenidən Türkiyəyə qayıtmağa hazırlaşan aktrisa dünən axşam nənəsinin öldüyü xəbərini alıb. Bu xəbərdən çox sarsılan Məryəm duyğularını sosial şəbəkədə sevənləri ilə paylaşıb: "Dünən axşam nənəm İstanbulda göy üzündə Allaha qovuşdu. Nur içində yat, mənim əziz nənəm. Allah rəhmət eləsin!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31