Bu da Səməd Səmədovun yeni duet ortağı

15 illik duet ortağı Sevda Əliqızından ayrılan xalq artisti Səməd Səmədov bu gündən etibarən yeni duet ortağı Şəbnəm Aslanqızı ilə fəaliyyətə başlayır. Bu barədə Lent.az-a S.Səmədovun özü məlumat verib. O, bildirib ki, artıq bütün toylarda onun yanında S.Əliqızı yox, yalnız Ş.Aslanqızı olacaq: "Artıq Şəbnəmlə iş birliyinə başladıq. Şəbnəm çox cavan, müasir və istedadlı xanımdır. Özünəməxsus səsi var. Sevda xanımla ayrılığa gəldikdə isə, İstədim ki, yeni duet ortağım cavan, istedadlı bir xanım olsun. Düşünürəm ki, mənlə duet oxuyan  digər xanımlar kimi Şəbnəm də Azərbaycanda seviləcək. Buna inanıram".
Qeyd edək ki, S.Səmədov 15 illik duet ortağından ayrılmasına səbəb kimi S.Əliqızının qocalmasını göstərmişdi. Yeni duet ortağının 29 yaşı var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31