Stallonenin oğlunun ölüm səbəbi açıqlandı

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Silvester Stallonenin oğlu Seycin ölüm səbəbi rəsmən açıqlanıb.  Los-Anceles Polis Departamentinin zabiti bəyan edib ki, əfsanəvi aktyorun 36 yaşlı oğlunun ölümünün səbəbi narkotik maddələr yox, kəskin ürək çatışmazlığı olub.

Milli.Az TMZ-yə  istinadən bildirir ki, Seyc Stallonenin cəsədinin patoloqoanatomik ekspertizası onun koronar arteriyaların aterosklerotik xəstəliyinə mübtəla olduğunu göstərib. Bu xəstəlik də Seyc Stallonenin ölümünün səbəbidir.
Seyc Stallonenin qanında narkotik maddə qalıqları tapılmayıb. Əvəzində qanda "vikodin" kimi tanınan hidrokodonun səviyyəsi yüksək olub.
Seyc Stallonenin ölümünün səbəbləri ilə bağlı rəsmi hesabatın tam mətni gələn həftə açıqlanacaq.
Amma indidən demək olar ki, Seyc Stallone narkoman olmayıb və onun ölümü də narkotik maddələrin ifrat miqdarda qəbulu ilə bağlı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31