Müğənni sevgilisi ilə İstanbulda
25 Noyabr 2014 13:35 MədəniyyətSon bir ay ərzində iki klipini təqdim edən müğənni-teleaparıcı Vüsalə Rəcova yeni ilə qədər repertuarını bəstəkar və xalq mahnıları ilə təzələyəcək. Hazırda isə sənətçi İstanbulda dincəlir. İki həftə öncə böyük çəkiliş heyəti ilə İstanbula gedib, Kənan MM-ə klip çəkdirən müğənni, bu dəfə həmin şəhəri ailəsi ilə istirahət üçün seçdi. Vüsalə xanımın son iki klipində tərəf müqabili olan Qafur bəy sənətçiyə sevgi etirafından sonra onun yaradıcılıq və şəxsi işlərində yanında olacağına söz verib. Bu səfərə müğənni anası, oğlu və Qafur bəylə yollanıb: "Klip çəkilişi zamanı İstanbulu gəzməyə vaxtımız olmadı. Çəkiliş prosesi gərkin keçdi. Bir-birinin ardınca yeniliklər təqdim etdim. Bu həftəni özümüzə ayırıb, dincəlməyə qərar verdik. Qafur bəyin münasibəti ciddidi. Onun münasibətinə qarşılıq göstərirəm. Hələlik bir-birimizi daha yaxşı tanımağa çalışırıq. Ailəmə qarşı səmimidi". Yeni ilə yeni repertuarla hazırlaşan sənətçi bu siyahıya duetlərin də daxil ediləcəyindən xəbər verdi.