Türkiyə Mədəniyyəti günləri başladı

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda, Heydər Əliyev Mərkəzində Türkiyə Kültür Günlərinin açılış mərasimi keçirilib. Mərasim əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənərək başlayıb. Açılış mərasimin münasibəti ilə Azərbaycana gələn, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömer Çelik çıxış eərək mədəniyyət günlərinin təşkilinin, Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Ö. Çelik bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir: "Türkiyə Kültür Günlərinin Bakıda təşkili Azərbaycan və Türkiyə arasında təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də əbədi olaraq bir yerdə olduğumuzu bir daha sübut edir". Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Kültür Günlərinin keçirilməsinin Azərbaycan üçün əlamətdar hadisə olduğunu deyib: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Kültür Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir". Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir. O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31