Xoşqədəm Hidayətqızının verilişini yarıda kəsdilər

ATV kanalında yayımlanan "Səni axtarıram" verilişinin yayımı yarıda kəsilib.Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ölkəmizdə çox izlənilən, bir çoxları tərəfindən isə kəskin tənqid edilən, aparıcılığını Xoşqədəm Hidayətqızının etdiyi "Səni Axtarıram" verilişi saat 22:00-da başlamasına baxmayaraq 22:45-dən etibarən yayımı dayanıb.ATV kanalında alt yazı olaraq "Verilişin texniki səbəblərə görə dayandığı" yazılsa da bu istər-istəməz sual doğurur. Verilişin canlı yayımlanmadığını nəzərə alsaq və son kadrlarda bir qadının özündən getməsinin efirdə dəfələrlə reklam olunması "yuxarıların" müdaxiləsinin olduğu şübhəsini yaradır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31