Sevgilisindən ayrılan tanınmış müğənni gecəni parkda keçirdi
Ereneri səhər parka taparaq evə aparan Demirkan, “Bir daha yoxlayaq” – desə də sözünün üstündə dayanmayıb
24 Noyabr 2014 08:41 MədəniyyətTürkiyənin tanınmış müğənnisi, "Eurovision" müsabiqəsində ölkəsinə birincilik qazandıran Sertap Erener sevgilisi Demir Demirkandan ayrılıb. ANS PRESS-in məlumatına görə, ayrılıq qərarını Demir Demirkan verib."Artıq bu münasibətə davam etmək istəmirəm və ayrılmaq istəyirəm" - deyə Demirkan bildirib. Yerli mətbuat həmin gecə Sertab Erenerin əsəb sarsıntısı keçirdiyini və gecəni səhərə qədər Maçka parkında qaldığını bildirir.Ereneri səhər parka taparaq evə aparan Demirkan, "Bir daha yoxlayaq" - desə də daha sonra sözünün üstündə dayanmayıb.Bir müddət sonra isə paparazzilər Demir Demirkanı keçmiş sevgilisi ilə yaxalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31