Nazpəri prodüserini geri qaytardı

Bir müddət öncə xalq artisti Nazpəri Dostəliyevanın 5 il bir yerdə çalışdığı prodüseri Mikayıl Cavidanla ( Hüseynov) işbirliyinə son qoyması xəbərini vermişdik. Lent.az-ın məlumatına görə, xalq artisti bir neçə gün olar ki, prodüseri ilə yenidən çalışmağa başlayıb. Onlar artıq birgə yeni bir layihə üzərində işləyirlər.
Qeyd edək ki, bir müddət öncə onların iş birliyinə son qoyulmasının səbəb kimi prodüserin başqa sahədə çalışmaq istəyi göstərilmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31