“Şəmi müəllim” “Bozbash pictures” videoları ilə bağlı müraciət etdi
19 Noyabr 2014 15:34 Mədəniyyət"Bozbash Pictures"-in rəsmi "YouTube" kanalının rəsmiləşdirilməsi ilə əlaqədar, digər kanal sahiblərindən xahişim olacaq ki, bu günə qədər yüklədikləri "Bozbash Pictures"-ə aid videoları silsinlər". "Olaylar"-ın məlumatına görə, eyni adlı televiziya proqramında "Şəmi müllim" obrazını canlandıran, məşhur tv aparıcısı İlkin Həsəni belə bir fikirlə çıxış edib. "Fərq etməz istər efirdən yazılan olsun, istərsə də kanalımızdan icazəsiz götürülən videolar. Əks təqdirdə videolara və onu yükləyən kanallara şikayət olunacaq, nəticəni isə özünüz yaxşı bilirsiz. Misal üçün dünəndən artıq bir neçə video silinib, arasında isə 1.200.000-ə yaxın baxış sayı olan bir video da var idi! Əziyyətini biz çəkiriksə, bəhrəsini də biz görməliyik! Çox sağ olun, gələn görüşlərədək" - deyə İlkin Həsəni qeyd edib.