Məşhur Vyana Ştraus Festival Orkestri Bakıda
18 Noyabr 2014 15:10 MədəniyyətMəşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.
Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir. Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31