"Rəmiş top kimidir"

Mətbuatda əməkdar artist, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) səhhətinin pisləşməsi barədə xəbər yayılıb. Lent.az-ın məlumatına görə, gitara ifaçısının zəhərləndiyi və vəziyyətinin yaxşı olmadığı bildirilir. Lent.az-a açıqlama verən əməkdar artistin həyat yoldaşı Gülüm xanım deyib ki, Rəmişin zəhərlənməsi barədə deyilənlər həqiqəti əks etdirmir: "Rəmiş zəhərlənib? Bunu sizdən eşidirəm. Kim deyir? Rəmiş top kimidir. Cavan oğlandan da yaxşıdı. Səhhətində heç bir problem yoxdur". Daha sonra gitara ifaçısının özü dəstəyi götürərək deyib: "Mənə heç bir şey olmayıb. Nə zəhərlənmişəm, nə də ki, xəstələnmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31