Əli Mirəliyevin açıqlamasına reaksiya: “Kişi düz deyir də”
18 Noyabr 2014 14:04 Mədəniyyət"Əli Mirəliyevin açıqlamasını oxudum. Kişi düz deyir də. Biz özümüzə qiymət vermirik. Xoşlayırıq ki, onu-bunu tərifləyək". Bu sözləri Lent.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.
Qeyd edək ki, dünən Lent.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev yerli məşqçilərin tərəfini saxlayaraq, gəlmələri pisləmişdi. Onun bu fikrini dəstəkləyən Mircavadov nəyə görə xaricilərə meyl etdiyimizi anlamır: "Səbəbini mən bilmirəm. Amma mövcud vəziyyət, doğrudan da, belədir. Əli Mirəliyevə minnətdaram ki, bu cür fikir səsləndirib. Azərbaycanlı məşqçilər gəlmələrdən heç də zəif deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31