“Az olsun, saz olsun” VIDEO

Məşhur müğənni Nura Surinin yaradıcılığında yenilik var. "Az olsun, saz olsun" prinsipinə üstünlük verən müğənni daha bir mahnısını internet və radio dinləyicilərinin ixtiyarına buraxıb. Nura söz və musiqi, eləcə də aranjemanı Muxtar Abseynova məxsus"Küləklər şəhəri" adlı mahnı ifa edib. "Olaylar"az-a açıqlama verən Nura bəstəni eşidən kimi sevdiyini açıqladı: "Mahnıya dinləyən kimi sözün əsl mənasında aşiq oldum. Çox gözəl mahnıdır. Muxtar sevdiyim və peşəkar musiqiçilərdəndir. "Küləklər şəhəri" onun yaradıcılığından ifa etdiyim ikinci mahnıdır. Bu mahnını bəstəkarın tələb etdiyi kimi ifa etdim, sakit, insanı yormayan falset səslə". Nura Suri bu mahnıya mütləq klip çəkəcəyini açıqlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31