"Yaxşı ki, Vaqif Səmədoğlu bunu oxumayıb"

Xalq şairi Vaqif Səmədoğlunun vəziyyəti orta ağırdır. Bu barədə xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilova anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda şairin müalicəsi Bakıda davam etdirilir. "Mətbuatda informasiyalar yayılır ki, Vaqif Səmədoğlunun vəziyyəti ağırlaşıb. Yaxşıdır ki, özü bu barədə oxumayıb. Axı belə yazmaq olmaz. O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Bu gün də xəstəxanaya gedəcəyik. Hazırda ayaqlarında problemlər var. Vaqif müəllimin ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur", - deyə Nüşabə Vəkilova bildirib.

***

Xalq şairi Vaqif Səmədoğlu Bakıda müalicəsini davam etdirir. Bu barədə azvision.az-a xalq şairinin yaxınları məlumat verib. Bildirilib ki, V. Səmədoğlunun səhhəti bir qədər ağırlaşıb: "O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Əgər lazım olarsa, aidiyyəti orqanlara müraciət edib İsrailə gedəcəyik. İndi ora getmək Vaqif müəllim üçün çox ağırdır və vəziyyəti də ağırlaşıb. O, özünü yaxşı hiss etmir. Ona görə də İsrailə getmirik. Biz bir il ərzində İsrailə gedib-gəlmişik. Hər şey onun özündən asılıdır. Həmçinin Vaqif müəllim İsrailə getməyi lazım bilmir. Onun ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Xatırladaq ki, xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31