Nişanlısından ayrılan Güneldən yeni klip VIDEO
Günel qardaşı ilə ifa etdiyi duetə çəkilən klipi təqdim edib
18 Noyabr 2014 07:48 MədəniyyətMüğənni Günel Zeynalova və qardaşı Tunar Rəhmanoğlu duet şəklində ifa etdikləri "Səndən insaf dilər yarın" adlı mahnıya çəkdirdikləri klipi təqdim ediblər.
ANS PRESS-in məlumatına görə, klip ilk dəfə Türkiyənin "Kral TV" kanalında yayımlanıb. Bu haqda Günel "İnstagram" hesabında məlumat verib.
Qeyd edək ki, mahnını sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunara məxsusdur. Ekran işini türkiyəli rejissor Hasan Kuyucu ərsəyə gətirib. "YouTube" video portalına isə noyabrın 15-də yerləşdirilib. Bundan başqa, sözügedən mahnının ilk ifaçısı "Türk musiqisinin imperatoru" İbrahim Tatlısəs olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31