Bakıda 42 yaşlı qadın faciəvi şəkildə öldü

Qadının meyiti hamam otağında tapılıb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş Karxanası küçəsində yaşayan 1972-ci il təvəllüdlü Qarakişiyeva Mehriban Nemət qızının meyiti yaşadığı evin hamam otağında tapılıb. İlkin müayinədən sonra qadının dəm qazından boğulduğu məlum olub. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31