“Onları it kimi qovmuşam”- İlhamə VIDEO
17 Noyabr 2014 13:16 MədəniyyətXalq artisti İlhamə Quliyeva ona qarşı haqsızlıq edən sənət nümayəndəlıərindən söhbət açıb. "Qafqazinfo"nun məlumatına görə, "Onlar" verilişinə açıqlamasında xalq artist bildirib ki, vaxtilə kömək etdiyi sənətçilər onun pulunu oğurlayıblar: "Özümü çox istəyirəm. Özümdən çox razıyam. Yaxşı insanam, gözəl sənətkaram, xalqım, dövlətim məni sevir. Hiss etsəm ki, mənə qarşı olan əvvəlki sevgi bir az azalıb, çıxıb evdə oturaram. Çaşan, azğın məxluq var ki, bilmirsən hansı peşəyə qulluq edirlər. Mənə və mənim səviyyəmdə olan insanlara söz atmasınlar. Deyir ki, oxumasınlar. Sən kimsən? Vaxtında əlindən tutduğum insanlar var ki, çörəyimi yeyib, cibgirlik ediblər, pullarımı oğurlayıblar. Onları yanımdan it kimi qovmuşam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31