Fatimə Türkiyədə müsabiqəyə qatıldı

Hindistanda keçirilən "Udbhav international Dance Carnival" rəqs müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran rəqqasə Fatimə Fətəliyeva Türkiyədə növbəti festivala qatılıb. Hazırda Türkiyənin Mersin şəhərində olan rəqqasə "Olaylar"-az-a bildirib ki, o, bu dəqiqələrdə səhnə alacaq: "Artıq Türkiyədəyəm. Bura 27 ölkədən rəqqaslar gəlib. Hazırda festival başlamaq üzrədir. Mənimlə birlikdə bura Azərbaycandan rəqqaslar da gəlib. Düşünürəm ki, Hindistanda qazandığım uğuru burda da davam etdirəcəm. Buradan qayıtdıqdan sonra həm Hindistanda qazandığım uğurla bağlı, həm də Türkiyədə çıxışımla bağlı mətbuat konfransı keçirməyi düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31