Natavan Həbibi: “Dodaqlarım silikon deyil”

Müğənni Natavan Həbibi son günlər haqqında çıxan şayiələrə son qoyub. Bir çoxlarının müğənninin əməliyyat etdirdiyini söyləsə də, Həbibi bu xəbərləri təsdiqləməyib. "Son günlərdə şəkillərimin altında nədənsə qəribə şərhlər oxuyuram: "Dəyişilib, kökəlib, arıqlayıb, ən əsası isə dodaqlarına silikon vurdurub, burnunu əməliyyat etdirib yazırlar". Belə fikirlər nə ilə bağlıdır bilmirəm. Bunlara son qoymaq üçün deyirəm: bir dəyişiklik yoxdur və gözlənilmir. Heç vaxt buna ehtiyac duymamışam. Çəkim həminkidir, dodaqlarım silikon deyil. Ən əsası isə burnum... Ola bilsin ki, istirahətdə olduğum üçün makiyajdan az istifadə edirəm. Ona görə də həmişəkindən fərqli görünürəm".  (hafta.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31