Xalq artistinin qızı: “Alim Qasımovdan icazə almamışam”
7 Noyabr 2014 16:47 MədəniyyətƏməkdar artist Fərqanə Qasımova "Günəbaxan" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, xalq artisti Alim Qasımovun qızı müğənni Samira Allahverdi ilə oxuduğu "Ya Allah" duetindən danışıb. F.Qasımova "Alim Qasımovdan duet üçün icazə almışdınız? Onun fikri nə oldu" sualına belə cavab verib: "Alim müəllimdən icazə almamışam. Ümumiyyətlə, o insan həyatımın icazəsidir. Hər an ondan sonra addım atmağı özümə fərəh bilirəm. Alim müəllimdə bir xasiyyət var: onu işin gözəl bəhrəsi maraqlandırır. Duet üçün ona heç nə demədim. Mahnı hazır olanda anama göstərdim. Narahat idim ki, görəsən, necə qarşılanacaq? Qulaq asanda, bir anlıq dönüb anama baxdım. Anamın gözündən yaş axırdı. Hətta Samirə xanıma da zəng vurub təşəkkür etdi. Mahnını ilk dəfə bu gün efirdə təqdim etdik. Alim müəllim də ilk dəfə indi eşidib".