“Efirə çıxanın qüsuru olmamalıdır”

"Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin vaxtı və formatı dəyişdirilib. Axşam.az-ın məlumatına görə, verilişin aparıcısı Zaur Kamal yeni formatla bağlı bunları deyib: "İlk yayımımız maraqla qarşılandı. Zənglər gəldi, hamı bəyənib. Deməli, tamaşaçıya bu cür veriliş təqdim etmək lazım imiş. Format dəyişsə də, yenə iynəli sözlər, atmacalar olacaq. Müğənnilər bu atmacalardan incimirlər. Onları yan-yörələri qızışdırır. Sənətçilərlə münasibətim çox yaxşıdır. Həmişə deyirəm, efirə çıxanın qüsuru olmamalıdır".

Qeyd edək ki, "5/5" həftənin beş günü saat 18:20-də yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31