Özcan Dənizi dodaqlarından öpdü

Türkiyəli müğənni Özcan Dəniz ötən gün mükafatlandırma mərasimlərindən birində gözlənilməz hadisə ilə qarşılaşıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Les Ottomans Hotel"in sahibi Ahu Aysal ona mükafat təqdim edən müğənnini dodaqlarından öpüb. Bundan şoka düşən və utanan Özcan uzun müddət özünə gələ bilməyib. A.Aysal isə mükafatını aldıqdan sonra "Səni çox sevirəm" deyərək, Ö.Dənizi otelinə dəvət edib.

Qeyd edək ki, oxşar hadisə ötən il aktrisa Müjdə Arla aktyor Tamər Qaradağlı arasında da yaşanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31