Musa: "Güzgünün qabağında dayanıb başıma-başıma döyürəm"

Bəstəkar-müğənni həyat yoldaşı Təranə Qumralla bağlı açıqlama verdi

"Güzgünün qabağında dayanıb başıma-başıma döyürəm." Bu sözlər bəstəkar-müğənni Musa Musayevə məxsusdur. Musa bəy Anspress-ə açıqlamasında ilyarım bundan əvvəl ailə qalmaqalı ilə gündəmə gəlmələrində özünü günahkar bildiyini söylədi: "Mən çox böyük səhv etdim. Həyat yoldaşım Təranənin adını ləkələdim. İstəmədən etdim bunu. O axmaq açıqlamanı verəndə biz dalaşmışdıq, məni evdən qovmuşdu. Acıqlı idim ondan. Jurnalist mənə zəng vuranda çox əsəbi olduğumdan nə danışdığıma fikir vermədim. Məni tanıyanlar bilirlər, əsbiləşdikdə özümü idarə edə bilmirəm. Bu hərəkətimi Təranə də, Allah da bağışlasa, özümü heç vaxt bağışlayan deyiləm. Hər dəfə bu söhbətlər yadıma düşəndə güzgünün qabağənda dayanıb başıma döyürəm." Təranə Qumralı ictimai şəkildə ləkələdiyindən peşman olduğunu deyən Musa, baş verənlərin ən böyük günahkarı özünü bildi: "Ailəmizi dağıtmaq istəyənlər hər gün evimizə dava salırdılar. Məqsədləri bizi ayırmaq idi. Çox şükür ki, Təranə məndən ağıllı çıxdı, buna imkan vermədi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31