Ukraynanın seks simvolu Bakıda (FOTO)
Gecədə “Baku World Challenge”in qalibləri də iştirak edib
5 Noyabr 2014 09:37 MədəniyyətUkraynanın tanınmış DJ-i "Lady Vamp" ləqəbli İlona Bukovskaya paytaxt restoranlarımızın birində çıxış edib.
ANS PRESS-in məlumatına görə, gecədə bir çox yerli və dünya ulduzları iştirak edib. Bu barədə "AES Group"un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev xəbər verib.
"Tədbir komanda işi olduğundan çox möhtəşəm təşkil olundu. Bizim özəl qonaqlarımız da vardı, Amerikanının tanınmış "The Black Eyed Peas" qrupunun üzvü Apl.de.Ap, "Baku World Challenge"in qalibləri, yerli tanınmış simalar və bir çox tanınmış modellər gecənin qonağı idi." - deyə təşkilatçı bildirib.
Qeyd edək ki, "Lady Vamp" ləqəbli Ukraynanın seks simvolu "Halloween" gecəsi ilə əlaqədar paytaxtımızda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31