“Qayınanamın adını zəhərli ilan qoydum”- Xatirə VIDEO
4 Noyabr 2014 11:35 MədəniyyətMüğənni Xatirə İslam Kibariyyənin qayınanalar haqda ifa etdiyi "Hap koydum" mahnısını oxumaq istəyir. "Qafqazinfo"nun məlumatına görə, ifaçı "Onlar" verilişinə açıqlamasında bu mahnının qalmaqala səbəb olacağını bildirib: "Evdə də məsləhət etdim, dedilər ki, oxu. Allaha şükür ki, evdə qayınanamla münasibətim yaxşıdır. Amma istəmədim oxumaq. O mahnını məndən əvvəl oxuyublar. Düşünürəm ki, qayınanaların məndən xoşu gəlməz. Bu mahnının mənim qayınanama aidiyyatı yoxdur. Türkiyədə bu mahnını ifa edəndə bütün qayınana və gəlinlər rəqs edir. Mən mahnının sözünü dəyişib, "Qayınanamın adını zəhərli ilan qoydum" qoyacam. Qayınanamla bayramdan bayrama görüşürük. Sonradan hər şey tapmaq olar, amma anadan heç vaxt tapmaq olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31