“Azərbaycanda qızları çox qapalı böyüdürlər”- Ruhi

Biznes-ledi Ruhi Əliyevanın layihə rəhbəri və verilişin qaydalarına əsasən hakim kimi çıxış etdiyi "Dəb siz" verilişinin növbəti çəkilişi baş tutub. "Qafqazinfo"nun məlumatına görə, proqramın bu dəfə ki, iştirakçısı 33 yaşlı Sevda xanım olub. Sport geyimlərə üstünlük verən iştirakçı seçdiyi üç geyimlə münsiflərin qarşısına çıxıb və tənqidlərə məruz qalıb. Daha sonra iştirakçı  Ruhi Əliyevanın köməkliyi ilə seçilən geyimlərlə podiuma qayıdıb və hər kəsi təəccübləndirib. Verilişin qonağı olan müğənni Çingiz Mustafayev, xanəndə Gülay Zeynallı və "Nargis" jurnalının direktoru, aktrisa Könül Nağıyeva, vəkil kimi çıxış edən bəstəkar Gövhər Həsənzadə xanım iştirakçının yeni geyim tərzini bəyəndiklərini bildiriblər. Jurnalist kimi isə "Qafqazinfo"nun əməkdaşı Könül İbrahimova proqramın qonağı olub. Sonda təəssüratlarını bölüşən Ruhi Əliyeva xanımları baxımlı olmağa çağırıb: "Bu gün verilişimizdə qonaq olan iştirakçımız Sevda xanım gözəl xanımdır, dərisi təmizdir. Lakin geyim tərzini seçə bilmir, özünə güvənmir. Azərbaycanda qızları çox qapalı böyüdürlər, ona görə də özlərinə güvənmirlər, tez sıxılırlar.  Çirkin xanım yoxdur, biz də Sevdanın geyim tərzini, saçını  dəyişdik. Ona sürpriz olaraq burun əməliyyatı etdirməyi təklif etdik. Hələ ki, Sevda əməliyyatla bağlı düşünmək istəyir, razı olsa, Sevdanın burnunu əməliyyat etdirəcəyik. Bütün xanımları baxımlı olmağa çağırıram".

Qeyd edək ki, "Dəb Siz" verilişi hər həftənin bazar ertəsi, saat 12:00-da ATV telekanalında yayımlanır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31